Azərbaycan və Qambiya arasında debüt siyasi məsləhətləşmələr keçirilib (FOTO)
BAKI, Azərbaycan, 8 aprel. Qambiyanın Banjul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Xaricdəki Qambiyalılar arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi

BAKI, Azərbaycan, 8 aprel. Qambiyanın Banjul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Xaricdəki Qambiyalılar arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qambiya Prezidentinin Aparatının rəhbəri Alieu Loum ilə görüşüb Görüşdə Azərbaycan ilə Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulan dostluq münasibətlərindən məmnunluq ifadə olunub, hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb Tərəflər siyasi məsləhətləşmələrin ilk görüşünün diplomatik münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar Daha sonra Rəfiyev və Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılar Nazirliyinin birinci daimi katibi, nazirliyin Diplomatik xidmətlər şöbəsinin müdiri Lang Yabounun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası keçirilib Məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanlardan daha səmərəli istifadənin, xüsusilə iqtisadiyyat, ticarət, təhsil, turizm, enerji, iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlıq sahələrində müvafiq addımların atılmasının vacibliyi vurğulanıb Eyni zamanda, Azərbaycanın Qambiyada insan kapitalının inkişafına verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilən layihələr alqışlanıb və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsində maraqlı olduqları bildirilib Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT, ŞƏT çərçivəsində mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar Həmin gün Azərbaycan nümayəndə heyəti Banjul şəhərinin meri Rohey Malik Lou ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhər Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

