Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Efiopiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub

BAKI, Azərbaycan, 8 may. Azərbaycanın Efiopiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye, enerji və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümay

0 baxıştrend.az
Azərbaycan və Efiopiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Azərbaycanın Efiopiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye, enerji və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyada səfərdə olub. Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, kənd təsərrüfatı və sənaye sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Efiopiyanın ticarət və regional inteqrasiya naziri Kassahun Qofe ilə görüşüb. Görüşdə Azərbaycan ilə Efiopiya arasında yüksək səviyyəli münasibətlərin olduğu, iqtisadi əməkdaşlığın inkişafı üçün müqavilə-hüquqi bazanın genişləndirilməsinin, institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı işgüzar missiyaların təşkilinin, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsinin, investisiyaların təşviqi tədbirlərinin əhəmiyyəti qeyd edilib Efiopiyanın mədənlər üzrə dövlət naziri Birhani Yadesa ilə görüşdə enerji və təbii ehtiyatlar sahəsində əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji sahəsində tərəfdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycanın enerji sektorunda təcrübəsi və beynəlxalq layihələrdə iştirakı barədə məlumat verilib, bu sahədə bilik və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb Tərəflər sənaye zonaları və logistika sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Azərbaycanda, işğaldan azad edilmiş ərazilərdə, Ələt azad iqtisadi zonasında sərmayədarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarında investorlara tətbiq edilən stimul və güzəştlər diqqətə çatdırılıb Afrika İttifaqının Kənd Təsərrüfatı, Kənd İnkişafı, Mavi İqtisadiyyat və Davamlı Ətraf Mühit üzrə Komissarı Moses Vilakati ilə görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Aqrar sektorda innovativ həllər, su ehtiyatlarının səmərəli idarə edilməsi, kənd yerlərinin davamlı inkişafı sahələrində təcrübə mübadiləsinin vacibliyi vurğulanıb Görüşdə qeyd olunub ki, kiçik və orta sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Tərəflər sahibkarlığın təşviqi, biznes mühiti üzrə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər Görüşlərdə Azərbaycanın strateji coğrafi mövqeyi vurğulanaraq, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsinin regional və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm üstünlüklər yaratdığı vurğulanıb. Azərbaycanın müasir nəqliyyat və logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün də yeni imkanlar açır Tərəflər səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan ilə Efiopiya, eləcə də Afrika İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyini vurğulayıblar Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler