Azərbaycan və AYİB əməkdaşlığın perspektivlərini müzakirə ediblər (FOTO)
BAKI, Azərbaycan, 19 may. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb Görüşdə infrastrukturun ya

BAKI, Azərbaycan, 19 may. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb Görüşdə infrastrukturun yaxşılaşdırılması, şəhərsalma layihələri və digər sahələrdə bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub Gəncədə “yaşıl şəhər”in yaradılması üzrə Tədbirlər Planı, Naxçıvanın su təchizatı və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, eləcə də şəhərsalma layihələri çərçivəsində həyata keçirilən tədbirlər ətrafında müzakirələr aparılıb Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü keçirilib Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


