Azərbaycan və Çexiya sənaye və investisiya əməkdaşlığına dair yeni memorandumlar imzalayıblar
BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan və Çexiya birgə biznes forumda sənaye və investisiya əməkdaşlığına dair yeni memorandumlar imzalayıblar, Trend-in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə Memorandumlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) iş

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan və Çexiya birgə biznes forumda sənaye və investisiya əməkdaşlığına dair yeni memorandumlar imzalayıblar, Trend-in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə Memorandumlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) iştirakı ilə bir sıra əməkdaşlıq sazişlərini əhatə edir. Bunlara “Frýdlantské Strojírny – TR s.r.o.” şirkətləri, Bohemiya və Moraviya Qadın Sahibkarlar Assosiasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıq memorandumları daxildir. Bundan əlavə, AZPROMO ilə Çexiya Sənaye Konfederasiyası, Sumqayıt Texnoparkı ilə Škoda Transportation, həmçinin BCC Group QSC (Azərbaycan) ilə WITKOWITZ, A.S. və RADIS D.O.O şirkətləri arasında anlaşma memorandumları imzalanıb Bu arada qeyd olunub ki, imzalanan sənədlər sahibkarlığa dəstək, işgüzar fəaliyyətin genişləndirilməsi, sənaye, infrastruktur, nəqliyyat kimi sahələrdə əməkdaşlığın təşviqi məsələlərini əhatə edir. Memorandumların mübadiləsinin Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə verəcəyi vurğulanır Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ümumi prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Çexiya ilə iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya tərəfdaşlığın möhkəmləndirilməsində səmərəli institusional rol oynayır. Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Eyni zamanda, ticarətin diversifikasiyası iqtisadi tərəfdaşlığın əsas prioritetlərindən biridir. Çexiya ilə sənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat və logistika xidmətləri və digər sahələrdə birgə fəaliyyətin geniş perspektivləri qeyd edilib. Ölkənin iqtisadi potensialı, əlverişli biznes mühiti, ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investorlar üçün yaradılan imkanlar vurğulanıb Çexiya Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın inkişafı baxımından biznes forumun və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, gələcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları haqqında təqdimatla çıxış edib Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafaj biznes icmaları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğuladı və əməkdaşlıq mexanizmlərini və tərəfdaşlıq üçün yeni imkanları müzakirə etdi


