Azərbaycan və Mərkəzi Asiya Fintech Assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıblar
BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan Fintech Assosiasiyası və Mərkəzi Asiya Fintech Assosiasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar İmzalanma mərasimi Bakıda keçirilən “Maliyyə və Bank işi üzrə 10-cu Beynəlxalq Sammit” çərçivəsində baş tutub Tərəflər arasında əldə olunan razılığa əsasə
BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan Fintech Assosiasiyası və Mərkəzi Asiya Fintech Assosiasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar İmzalanma mərasimi Bakıda keçirilən “Maliyyə və Bank işi üzrə 10-cu Beynəlxalq Sammit” çərçivəsində baş tutub Tərəflər arasında əldə olunan razılığa əsasən, memorandum regionda maliyyə texnologiyaları (fintech) ekosisteminin inkişaf etdirilməsi, innovativ həllərin tətbiqi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi məqsədi daşıyır Bundan əlavə, qeyd edilir ki, bu tərəfdaşlıq həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına töhfə verəcək Bu arada Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Zirvəsi 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı iki günlük beynəlxalq tədbir öz işinə başlayıb Türkdilli Dövlətlərin Bank Assosasiyaları Şurası (AMBŞ), Azərbaycan Respublikası Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan sammit region ölkələrinin maliyyə sistemləri və türk dövlətlərinin qlobal landşaftına inteqrasiyasının sürətləndirilməsi üçün yüksək səviyyəli platforma rolunu oynayır Sammit yerli, regional və qlobal səviyyələrdə bank və maliyyə institutlarının rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, texnologiya, avadanlıq və proqram təminatı təchizatçılarını, digər təchizatçıları, tənzimləyici qurumların nümayəndələrini, startapları, beynəlxalq ekspertləri, investorları və bir çox digərləri bir araya gətirdi

