Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və AİB kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər

BAKI, Azərbaycan, 7 may. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər, Trend xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Müzakirə Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının nümayəndələri ar

0 baxıştrend.az
Azərbaycan və AİB kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər
Paylaş:

BAKI, Azərbaycan, 7 may. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər, Trend xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Müzakirə Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının nümayəndələri arasında 5-ci Aqrobiznesin İnkişafı Forumu çərçivəsində baş tutub Nazir müavini İlhamə Qədimova Azərbaycanın kənd təsərrüfatının rəqəmsal transformasiyası, süni intellektin tətbiqi, kənd təsərrüfatı xidmətlərinin inkişafı, iqlimə davamlı kənd təsərrüfatı istiqamətində mühüm addımlar atdığını və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib Asiya İnkişaf Bankının nümayəndəsi Jiangfeng Zhang Azərbaycan ilə əməkdaşlığın AİB-in prioritet sahələrindən biri olduğunu bildirib. O, bankın kənd təsərrüfatının davamlı inkişafı, su ehtiyatlarının səmərəli idarə edilməsi, innovasiya və texnologiyaların tətbiqi üzrə birgə səylərin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb Görüşdə kənd təsərrüfatının rəqəmsallaşdırılması və süni intellektə əsaslanan həllərin tətbiqi, fermerlər üçün məlumatlara əsaslanan dəstək mexanizmlərinin yaradılması, suvarma sistemlərinin modernləşdirilməsi, su ehtiyatlarının səmərəli idarə edilməsi, kənd təsərrüfatı sığortasının və maliyyə alətlərinin inkişafı, eləcə də iqlimə davamlı kənd təsərrüfatı modellərinin təşviqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb Bundan əlavə, tərəflər regionlarda innovativ pilot layihələrin həyata keçirilməsi, “ağıllı kənd” və “ağıllı fermer” yanaşmalarının mənimsənilməsi, heyvandarlıq və kənd təsərrüfatı istehsalı sahəsində Asiya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarını müzakirə ediblər Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər

Kaynak: trend.az

Diğer Haberler