MDB ölkələri arasında miqrasiya üçün ən münasib ölkə Qazaxıstandır
Qazaxıstan MDB ölkələri arasında miqrasiya üçün ən uyğun ölkə kimi tanınıb. Bu, Amerikanın Remitly şirkətinin hazırladığı immiqrasiya indeksi-2026 beynəlxalq reytinqinin nəticəsidir. Tədqiqatda Qazaxıstan MDB ölkələrinə başçılıq edir. Moldova 56-cı, Azərbaycan 66-cı, Ermənistan 74-cü, Özbəkistan 75

Qazaxıstan MDB ölkələri arasında miqrasiya üçün ən uyğun ölkə kimi tanınıb. Bu, Amerikanın Remitly şirkətinin hazırladığı immiqrasiya indeksi-2026 beynəlxalq reytinqinin nəticəsidir. Tədqiqatda Qazaxıstan MDB ölkələrinə başçılıq edir. Moldova 56-cı, Azərbaycan 66-cı, Ermənistan 74-cü, Özbəkistan 75-ci yerdədir. Mütəxəssislər ölkələri təhlükəsizlik səviyyəsi, səhiyyə və təhsilin keyfiyyəti, iş tapmaq imkanı, mənzilin əlçatanlığı və yaşayış şəraiti kimi göstəricilərə görə qiymətləndirib. Tədqiqat müəlliflərinin fikrincə, indi insanlar başqa ölkəyə köçməyi seçərkən ilk növbədə təhlükəsizlik, həyat keyfiyyəti, tibbi xidmətlərə çıxış və gələcək imkanlara diqqət yetirirlər


