AZAL Çimkəndə ilk reysini həyata keçirib - foto
İyunun 16-da “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Şımkənd marşrutu üzrə ilk uçuşunu uğurla həyata keçirib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, yeni marşrut xəttinin açılması Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatının daha da genişləndirilməsi, turizm potensialının artırılm

İyunun 16-da “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Şımkənd marşrutu üzrə ilk uçuşunu uğurla həyata keçirib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, yeni marşrut xəttinin açılması Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatının daha da genişləndirilməsi, turizm potensialının artırılması, o cümlədən biznes və humanitar əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir AZAL-ın yay uçuş cədvəlinə uyğun olaraq, 2026-cı il iyunun 16-dan 27-dək Bakı-Şımkənd-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək 30 iyun 2026-cı il tarixindən etibarən uçuş tezliyi həftədə üç reysə çatdırılacaq. Bakıdan Çimkəndə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək Yeni marşrutun açılışı münasibətilə Çimkənd şəhərində xüsusi tədbir təşkil olunub. Tədbirdə KİV nümayəndələri, eləcə də turizm və aviasiya sənayesindən dəvət olunmuş bir qrup qonaq iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə tanış olmaq imkanı əldə ediblər Çimkent Qazaxıstanın ən böyük şəhərlərindən biridir və ölkənin mühüm iqtisadi və mədəni mərkəzlərindən biri hesab olunur. Zəngin tarixi, əlverişli coğrafi mövqeyi və dinamik inkişaf edən biznes mühiti sayəsində şəhər həm turistlərin, həm də işgüzar səyahətçilərin marağına səbəb olur Çimkəndin AZAL-ın marşrut şəbəkəsinə daxil edilməsi sərnişinlərin səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionunda mövqelərinin möhkəmlənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına kömək edəcək Aviabiletləri www.azal.az rəsmi internet saytından, aviaşirkətin mobil əlavəsində, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar


