AZAL Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə kompensasiya ödəyib
Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində Aktau faciəsi nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfi tərəfindən təzminat ödənilməsi barədə artıq razılıq əldə olunub. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Sa

Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində Aktau faciəsi nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfi tərəfindən təzminat ödənilməsi barədə artıq razılıq əldə olunub. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində 2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sualı cavablandırarkən deyib “Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən, təbii fəlakət nəticəsində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) dəymiş zərər də Rusiya hökuməti tərəfindən ödəniləcək Ümumiyyətlə, yaxın vaxtlarda Rusiya tərəfi tərəfindən ayrılmış vəsaitin Azərbaycana köçürülməsi nəzərdə tutulur. Bundan sonra həmin vəsaiti zərərçəkmişlərin vərəsələrinə ödəmək bizə həvalə olunacaq”, - Rzayev qeyd edib Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 AZAL təyyarəsi Qazaxıstanın Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü), o cümlədən 42 Azərbaycan vətəndaşı (37 sərnişin, 5 ekipaj üzvü), 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub. Təbii fəlakət nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb

