AZAL-ın Naxçıvana uçan reysi tufanlı hava ilə əlaqədar Bakıya qayıdır
BAKI, Azərbaycan, 13 iyun. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-295 Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsi tufan səbəbindən Bakıya qayıdıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib Təyyarə saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla e

BAKI, Azərbaycan, 13 iyun. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-295 Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsi tufan səbəbindən Bakıya qayıdıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib Təyyarə saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib "Qeyd edək ki, Bakı-Naxçıvan marşrutu üzrə J2-295 reysi də əlverişsiz hava şəraiti ilə əlaqədar gecikib. Mümkün dəyişikliklərlə bağlı sərnişinlərə ətraflı məlumat veriləcək Məlumat üçün bildirək ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin qrafikə uyğun yerinə yetirilməsini çətinləşdirib, uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi mövqeyi və dağlıq relyefi ilə əlaqədar olaraq külək, görmə məsafəsinin azalması, bəzi hallarda sürətlə dəyişən meteoroloji şərait uçuşların fəaliyyətinə birbaşa təsir göstərir. Buna görə də uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün hava şəraiti nəzərə alınmaqla operativ qərarlar qəbul edilir”, - deyə mətbuat xidmətindən bildirilib


