Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəmi 4454,9 milyon manat vəsait ayrılıb. APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublik

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəmi 4454,9 milyon manat vəsait ayrılıb. APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb. Hesabata əsasən, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 334,0 milyon manatı və ya 7,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 276,3 milyon manatı və ya 6,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 62,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür. Həmin vəsaitin 3930,8 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 2521,9 milyon manat (avtomobil yollarına 2197,6 milyon manat, dəmiryollarına 324,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 992,5 milyon manat, yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması, transformator məntəqələrinin quraşdırılması, yeni yarımstansiyalarının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsinə 174,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 124,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsinin aparılmasına 55,8 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası)və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radio monitorinq sisteminin qurulması turizm infrastrukturunun qurulmasına 36,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisinə 15,2 milyon manat, işğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,1 milyon manat, turizm infrastrukturunun yaradılmasına 0,7 milyon manat və digər infrastruktur layihələrinə 2,4 milyon manat), 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 9,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 439,5 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib Sankt-Peterburqda hərbi zavodda yanğın baş verib: 4 nəfər ölüb, yaralananlar var İran ordusunun 2 hərbçisi İsrailin aviazərbələri nəticəsində həlak olub Polis avtomobil yoluna çıxan qadınla bağlı açıqlama verib - VİDEO Hüquqi şəxslərin depozitlərinin azalmasının səbəbləri açıqlanıb Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verilib Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib Vamiq Məmmədəliyev: Erməni kamançaçı Boris pişik siçanı güdən kimi məni qabaqlamaq istəyirdi, imkan vermirdim - MÜSAHİBƏ Ötən il dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək ABA: Türkdilli dövlətlərlə yaradacığımız platformalar xidmətlərin maya dəyərini azaldacaq Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndərilib - YENİLƏNİB Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır Azərbaycanda 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb Nazir: Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb PAŞA Sığorta Gürcüstana gedənlər üçün sığortanın alınmasını 2-3 dəqiqəyə təmin edir Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu azaldıb Abşeronda sürücülər arasında insidentə görə bir nəfər saxlanılıb Uşaqların rəqəmsal təhlükəsizliyi və zərərli asılılıqlardan qorunması müzakirə olunub XİN: Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 vətəndaşımız Azərbaycana yola salınıb, 2 nəfərin nəşi tapılıb Qəbələdə selin Laza kəndinə gedən yola vurduğu ziyan aradan qaldırılır - FOTO Ötən il fiziki şəxslərdən gəlir vergisi üzrə büdcəyə 2 mlrd. manatdan çox vəsait daxil olub DİN qanunsuz saxlanılan silahlarla bağlı müraciət edib Dövlət şirkətləri büdcəyə 636,6 milyon manat dividend ödəyib Ötən ilin icmal büdcəsinin gəlirləri proqnozu 7,5% üstələyib Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub Azad olunmuş ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib Ötən il dövlət büdcəsində 2,8 mlrd. manat vəsait istifadə olunmayıb Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub Ötən il dövlət büdcəsinin gəlirləri proqnozu 2,2% üstələyib İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir Zakir Nuriyev: Nağdsız ödənişlərin kart əməliyyatlarında payı 70 faizə yaxınlaşıb ABA prezidenti: Azərbaycanda dollarlaşma səviyyəsi azalıb XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT Moskva vilayətində avtomobil partlayıb, sürücü ölüb - VİDEO Tramp: Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin pilotlarının vəziyyəti yaxşıdır Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 129 milyonu ötüb Baş katib: Türkiyədə elektron ödəniş əməliyyatlarının həcmi nağd ödənişləri 20 dəfə üstələyib Azərbaycanda həbs edilən Fransa şirkətinin rəhbəri barəsində hökm dəyişdirilib Tramp ABŞ-la İranın 2-3 gün ərzində razılığa gələ biləcəyini düşünür FHN Sumqayıtda yaşayış kompleksində yanğın-taktiki təlim keçirib - VİDEO MyGov istifadəçilərinin sayı üç dəfəyə yaxın artaraq 2 milyona çatıb Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir


