Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY
Azərbaycanın mövcud relyef xüsusiyyətləri fonunda ölkədə əkin sahələrinin məhdud olması kənd təsərrüfatı istehsalının artırılmasında hər zaman müəyyən çətinliklər yaradıb. Bu problemi həll etmək üçün dövlət tərəfindən mütəmadi olaraq örüş sahələrinin və az yararlı torpaqların əkin dövriyyəsinə cəlb

Azərbaycanın mövcud relyef xüsusiyyətləri fonunda ölkədə əkin sahələrinin məhdud olması kənd təsərrüfatı istehsalının artırılmasında hər zaman müəyyən çətinliklər yaradıb. Bu problemi həll etmək üçün dövlət tərəfindən mütəmadi olaraq örüş sahələrinin və az yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində addımlar atılırdı. Lakin torpaqların işğaldan azad edilməsi bu sahədə tamamilə yeni və strateji imkanlar pəncərəsi açıb Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib Onun sözlərinə görə, azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfələr bir neçə istiqamət üzrə qruplaşdırmaq olar: "Yeni reallıqlar yüz minlərlə hektar yüksək məhsuldar torpaq sahəsinin yenidən ölkənin əkin dövriyyəsinə qaytarılmasını təmin edib. Bu miqyasda torpaq resursunun aktiv dövriyyəyə daxil olması, kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı (ÜDM) xüsusi çəkisinin və ümumi istehsal həcminin ciddi şəkildə artmasına birbaşa təsir göstərəcək" Ekspert bildirib ki, son illər ərzində Azərbaycan fermerləri və iş adamları qlobal trendlərə uyğun olaraq ən müasir kənd təsərrüfatı texnologiyalarını və innovativ tətbiqləri mənimsəyiblər. Toplanmış zəngin təcrübənin qısa müddətdə azad olunmuş regionlara daşınması, sahənin inkişafı üçün 30 il gözləmək zərurətini ortadan qaldırır və tezliklə yüksək məhsuldarlıq vəd edir: "Əvvəlki illərdə heyvandarlıq sektorunda, xüsusən də yaylaq sahələrinin qıtlığı ilə bağlı müəyyən çətinliklər mövcud idi. Azad olunmuş ərazilərin rəngarəng relyefi, həm intensiv heyvandarlığın saxlanması üçün qışlaq bazasını formalaşdırır, həm də Laçın və Kəlbəcər rayonlarındakı zəngin yaylaqları yenidən açır. Bu amil yerli heyvandarlığın inkişafına birbaşa təkan verəcək. Nəticə olaraq, qeyd olunan bütün resurs və imkanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi kənd təsərrüfatı istehsalında və makroiqtisadi göstəricilərində ciddi dönüş yaradacağını mütləq edir", - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


