Tenqri
Ana Səhifə
Dünya

® “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti “Novo Nordisk” Azərbaycanda piylənmə ilə yaşayan insanlar üçün “Live Lighter – Az Çəki, Çox Həyat” kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib Tədbirdə səhiyyə liderləri, dövlət qurumlarının nümayəndələri, media t

0 baxışazertag.az
® “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Paylaş:

Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti “Novo Nordisk” Azərbaycanda piylənmə ilə yaşayan insanlar üçün “Live Lighter – Az Çəki, Çox Həyat” kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib Tədbirdə səhiyyə liderləri, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edərək ölkədə aktual sağlamlıq problemlərindən biri olan piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərini müzakirə ediblər Tədbirdə çıxış edən Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ole Toft piylənmə kimi kompleks sağlamlıq problemlərinin həllində əməkdaşlığın, innovasiyanın və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəliklərin vacibliyini vurğulayıb. O bildirib ki, Danimarka səhiyyə innovasiyaları sahəsində zəngin təcrübəyə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə sistemində müsbət nəticələr verməsi sevindiricidir Onun sözlərinə görə, qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artan piylənmə çox zaman yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Halbuki bu yanaşma bir çox hallarda vaxtında və düzgün tibbi yardımın alınmasını gecikdirə bilər. Qeyd olunub ki, piylənmə 200-dən çox tibbi vəziyyətlə, o cümlədən 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək və qaraciyər pozğunluqları, eləcə də bəzi xərçəng növləri ilə əlaqəlidir və insanların sağlamlığına, həyat keyfiyyətinə, eyni zamanda səhiyyə sistemlərinə ciddi təsir göstərir “Novo Nordisk”in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy bildirib ki, piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır. Onun sözlərinə görə, uzun illər ərzində piylənmə yalnız iradə məsələsi kimi təqdim edilsə də, elmi araşdırmalar bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir. Şirkət diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik olmaqla yanaşı, üç onillikdən artıq müddətdə piylənmə sahəsində məqsədyönlü elmi tədqiqatlar aparır Şule Erdim Ersoy qeyd edib ki, “Novo Nordisk” orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatını Azərbaycanda istifadəyə təqdim edir. Bu preparatın ölkədə əlçatan olması həkim nəzarəti altında fərdiləşdirilmiş müalicə imkanlarını genişləndirəcək, eyni zamanda piylənmə ilə bağlı ictimai maarifləndirməyə töhfə verəcək. Həftədə bir dəfə istifadə olunan preparat Danimarkadakı beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış istehsal müəssisələrində hazırlanır və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici qurumlar tərəfindən təsdiqlənib. Preparat həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi qeydiyyata alınıb EASO ECN-in Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətli bildirib ki, bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil. O vurğulayıb ki, bu, xroniki bir vəziyyətdir və hər bir pasiyentin müalicə yolu fərqlidir. Həkim piylənmə ilə yaşayan insanları mütəxəssislərlə məsləhətləşməyə və peşəkar tibbi dəstək almağa çağırıb “Novo Nordisk” Azərbaycanın Tibbi Meneceri Aytən Aslanova isə qeyd edib ki, semaqlutid tərkibli GLP-1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir. O bildirib ki, klinik tədqiqatlar preparatın bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürək-damar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyub Tədbirdə qeyd olunub ki, orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir Bildirilib ki, 1923-cü ildə təsis olunmuş və baş ofisi Danimarkada yerləşən Novo Nordisk hazırda 80 ölkədə fəaliyyət göstərir, məhsullarını isə təxminən 170 ölkədə təqdim edir. Şirkət Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir və bu müddət ərzində əsas diqqətini diabetlə yaşayan insanların müalicə imkanlarının genişləndirilməsinə, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəldib Qeyd olunub ki, Novo Nordisk bundan sonra da elmi əsaslı yanaşmasını piylənmə ilə mübarizə istiqamətində tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşdırılmasına töhfə verməyi hədəfləyir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler