Ayxan Abbasov: "Əsas problemimiz qol vəziyyətlərindən yararlana bilməməyimiz oldu"
Azərbaycan milli komandasının Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda San Marino ilə yoldaşlıq görüşündə (2:1) əsas problemi qol vəziyyətlərindən lazımi səviyyədə yararlana bilməməsi olub "Report"un məlumatına görə, bunu baş məşqçi Ayxan Abbasov oyundan sonra mətbuat konfran

Azərbaycan milli komandasının Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda San Marino ilə yoldaşlıq görüşündə (2:1) əsas problemi qol vəziyyətlərindən lazımi səviyyədə yararlana bilməməsi olub "Report"un məlumatına görə, bunu baş məşqçi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında deyib Mütəxəssis bütün oyunçuları meydanda görməyə çalışdığı üçün heyətdə dəyişikliklər etdiyini bildirib: "Futbolçulara təşəkkür edirəm. Malta ilə görüşdəki məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik. Millətlər Liqası öncəsi son təlim-məşq toplanışımız olduğundan, bütün oyunçuları meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur, bu səbəbdən heyətdə dəyişikliklər etdik. Malta ilə matçda olduğu kimi, əsas problemimiz yenə qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, ardıcıl hücumlar qururduq. Həm futbolçular, həm də biz qələbə qazanmaq istəyirdik və buna nail olduğumuz üçün sevinirik" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


