Tenqri
Ana Səhifə
Dünya

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Futbolçulara təşəkkür edirəm. Son görüşdə qalib gəlmək istəyirdik AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marinoya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu barədə danışarkən deyib O, təlim-məşq toplanışında bütün oyunçuları izləməl

0 baxışazertag.az
Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi
Paylaş:

Futbolçulara təşəkkür edirəm. Son görüşdə qalib gəlmək istəyirdik AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marinoya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu barədə danışarkən deyib O, təlim-məşq toplanışında bütün oyunçuları izləmələrinin vacib olduğunu bildirib: "Millətlər Liqası oyunlarından əvvəl futbolçuları bir daha izləmək şansım oldu. Bu görüşdə də qol fürsətlərimiz çox idi. Standart vəziyyətlər yaralı yerimizdir. Bunun üzərində işləyəcəyik. İlk dəfə fərqli heyətlə oynadıq. Bu gün nəticə də bizim üçün önəmli idi" "İki oyunda qapımızda üç qol görmək bizi narahat edir. Hücumçu Renat Dadaşovun son oyunlardakı çıxışı məni sevindirir. Təəssüf ki, o, klubunda daimi olaraq şans tapmır", - deyə baş məşqçi qeyd edib Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler