Tenqri
Ana Səhifə
Dünya

Mənə də yetmədi ömrün get-gəli - Aysel Fikrətdən poetik nümunələr

Çağdaş ədəbiyyatımızda seçilən imzalardan şair, nasir və publisist Aysel Fikrətin bu günlərdə əlamətdar yubiley yaşı qeyd olundu. Bu münasibətlə yubilyara səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxuculara təqdim edirik Yuxuma da gəlməmişdi bu ömrüm Nə Yaradan, n

0 baxış525.az
Mənə də yetmədi ömrün get-gəli - Aysel Fikrətdən poetik nümunələr
Paylaş:

Çağdaş ədəbiyyatımızda seçilən imzalardan şair, nasir və publisist Aysel Fikrətin bu günlərdə əlamətdar yubiley yaşı qeyd olundu. Bu münasibətlə yubilyara səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxuculara təqdim edirik Yuxuma da gəlməmişdi bu ömrüm Nə Yaradan, nə anam səs etmədi Yüz adam yığışıb ev tikdi sözdən Heç biri həmin o bir kəs etmədi Mənə də yetmədi ömrün get-gəli Təyyarə həsrəti, qatar var-gəli Madam ki, əvvəldən son ucu bəlli Onunçun ardıyca düşüb getmədim Yalan ayaq tutdu, gəzdi dörd yanı Doğru min ildir ki, gendən boylanır Nə sevgi, nə həsrət, nə düz, nə əyri Adam bilə-bilə belə aldanır Dünya yalan yerdir, doğruya bürün Bunu anlayırsan, yəqin bilirsən Soyuqdu, buz kəsib vurduğun düyün Düyünü çözülməz, necə sürünsən Günəşə sevindim - "dəli" dedilər Buluda ağladım - "bəlli" dedilər İstədim uşaq tək küsüm dünyadan "Yaşın gəlib çatıb, əlli...", - dedilər Yuxular qarışdı biri-birinə Anamın gözləri, həsrət yarpağı Örtdüm ürəyimi qapı yerinə Mən daha gülmürəm, əvvəlki kimi Bulaq tək çağlayan sevgi də Gözünə baxmağa qorxduğum o da Kimi uydurmuşdum, bir anda itdi Gözümü açandan qorxdum dünyadan Ürəyimə daman başıma gəldi Sənin son eşqinin son qığılcımı düşdü evimizə, od saldı, bildin? Sən də hər an gülüb, göz yaşlarını uzaqda hər kəsdən gizlincə sildin? Sənin neçə kərə sevgi sandığın Yad külək seli tək tanıdığın var? Bütün olanların yerində qalan Gözündə kədərdən yuva salanlar Hərdən döngələrdən çıxır yoluna? Birdən xəyalların insana dönüb Yol getdiyin yerdə girir qoluna? Sənin də ömründə pillə-pillədir Sevgi, dərd, ayrılıq və ondan ötə? Heç gördünmü sən də insan cildində Sevdiyin yad kimi yanından ötə? Sənin də yolunda duman oldumu ürəyini didən xatirələrin? Yaşın necə keçdi, necə qocaldın? Sən də mənim kimi görə bilmədin? Sənin son eşqinin, son qığılcımı düşdü evimizə, od saldı, bildin? Sən də hər an gülüb, göz yaşlarını uzaqda hər kəsdən gizlincə sildin? Uça bilsən həyəcandan bu dünyada yaşamaqçün Qollarını qanad kimi yana sərsən ayrılığa gücün ilə sinə gərsən ruhun zilə çıxan vaxtı fərəhlənsən Ömrün başdan-başa yolsa bu yollarda çox yorulsan deməyib içinə sussan Bu dünyada nə işin var? Bu günün var, keçmişin var Gərək deyilsən cahana bu nə sirdir? gərəksizsən O nağılı məndən yaxşı bilirsən Gərək sonu elə bu cür bitirdi Hamı vardı nağılın əvvəlində Sonra hamı birdən-birə itirdi Ağacların şah vaxtıydı o zaman Meyvələrin saf vaxtıydı o zaman Bəxt gülünün çiçəklənən çağıydı Ürəyimin rah vaxtıydı o zaman Sən də vardın: qocamandın, böyükdün Nə ağrıydın, nə cəzaydın nə yükdün Çox sonralar dönüb belimi bükdün Sevgimin padşah vaxtıydı o zaman Saçlarıma ulduz kimi dən yağıb Qocalıram bu dünyanın xətrinə Könlüm daha zil ötəni bəm sayır Başa düşmür söhbəti nə, xətri nə Sıx meşədə bir canavar uladı Qoca qarı eşitmədi bilmədi Yalqızlığı düşəcəkdi yadına Bilmədi ki, göz yaşını silmədi Büküb dördkünc gül qoxulu yaylığın İtkin düşən balasına səsləndi Dağ-dərələr utandılar bu ahdan Göy yamaclar göz yaşına süsləndi Qaytarırdı quzuları çobanlar Yağış yağıb dağ yolunu kəsirdi Qocalmağa bir addımdır bu aləm Ürəyimdə bir cavan qız pəs edir Boz rənginə bürünməmiş bu dünya Pəmbələri gözlərindən at getsin Yağış yağır, unut bəndi-bərəni Pəncərəni möhkəm bağla, yat getsin Bulud, necə keçdi ömrün Günəş, nə var-nə yox göydə? Ulduzların kefi kökdü Gəl soruşma nə var yerdə Nə buluda əlim çatdı Nə günəşə, nə ulduza Unuduram yavaş-yavaş Yerdə məni, göydə məni Allah dünyanın başına Yağış kimi döydü məni Bəxt verdi nurun azaltdı Ayrılıq yolun uzatdı Elə bəxtəvər etdi ki Elə bildim söydü məni Ayağım izə yad gəlir Ömrümə ayrı dad gəlir Mən gördüyüm bahar deyil Hər gün dadi-bidad gəlir Övladı idik iki mələyin Saçlarımdan kəndir düzəltdi anam Atam gözlərindən yol çəkdi Üzümüzü yolda qoyub qayıtdıq Məlikməmməd qardaşımı Dumanlıqda, sisdə qoyub qayıtdıq Bilmədik nə fəsli idi Ay göydə qapqara susqun Qardaşlarım məndən küskün Mən qardaşlarımdan küskün Mən yolları, quyuları Bir-birimizə baxmaz olduq Anamıza heç baxmadıq Onun dərdi insan oldu Evimizdə həmişə yad qonaq kimi Məlikməmməd cığal oldu Nə qoydu ki, nağıl quraq Nə də ki dönək nağıla Qanadı qırıq mələylər Bu yarım nağıla yandı Yer də, göy də ah eylədi Göydə almalar qaraldı Yuxuma gəlirsən, uğur böcəyim İzsiz duyğularda uçub gedirsən Mən sənin tərəfə hər can atdıqda Sən qanadlarını qucub gedirsən Yuxuma gəlirsən, uğur böcəyim Bütün arzuları bitirdin, uçdun Sənə pıçıltımı özüm eşitdim Məni bu dünyada itirdin, uçdun Yuxuma gəlirsən, uğur böcəyim Qırmızı bəxtinlə, qara xalınla Sən bir az yalançı, mən bir az qorxaq Çətin bu sevdadan nəsə alına Yuxuma gəlirsən, uğur böcəyim

Kaynak: 525.az

Diğer Haberler