Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xurşidbanu Natəvan yalnız şair kimi deyil, həm də rəssam, tikmə ustası, xalçaçı kimi tanınıb. Onun bədii tikmələrinin nümunələri 1886-cı ildə tərtib edilən “Gül dəftəri” albomunda toplanıb. Şairənin yaradıcılıq irsinin mühüm hissəsini təşkil e

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xurşidbanu Natəvan yalnız şair kimi deyil, həm də rəssam, tikmə ustası, xalçaçı kimi tanınıb. Onun bədii tikmələrinin nümunələri 1886-cı ildə tərtib edilən “Gül dəftəri” albomunda toplanıb. Şairənin yaradıcılıq irsinin mühüm hissəsini təşkil edən əl işləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunur və ekspozisiyada nümayiş etdirilir Bunu AZƏRTAC-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayeva söyləyib O qeyd edib ki, ailənin yeganə övladı olduğu üçün ona “Dürrü yekta” – “Tək inci” adı verilib Xurşidbanu Natəvanın zəngin irsi yalnız onun poetik yaradıcılığı ilə məhdudlaşmadığını vurğulayan baş mütəxəssis deyib: “O, həm də incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, xüsusilə tətbiqi sənət nümunələri ilə öz dövrünün ən istedadlı xanımlarından biri kimi tanınıb. Uşaqlıqdan elmə, ədəbiyyata və incəsənətə maraq göstərən Natəvan həyatının böyük hissəsini Qarabağda keçirib. Onun zəngin yaradıcılığı və xeyriyyəçilik fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayıb” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


