Tenqri
Ana Səhifə
Dünya

AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AzParking” üçün ayrılan yeni parklanma zolaqları ərazidə hərəkət probleminə səbəb olub Publika.az-ın məlumatına görə, küçənin hər iki tərəfində yaradılan parkinq yerləri yolun artıq

0 baxışpublika.az
AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video
Paylaş:

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AzParking” üçün ayrılan yeni parklanma zolaqları ərazidə hərəkət probleminə səbəb olub Publika.az-ın məlumatına görə, küçənin hər iki tərəfində yaradılan parkinq yerləri yolun artıq dar olan hissəsini daha da məhdudlaşdırıb. Nəticədə isə nəqliyyat axını zəifləyir, xüsusilə pik saatlarda ciddi sıxlıq yaranır Parkinq üçün nəzərdə tutulan zolağın bitdiyi nöqtədə yolun daralmasına baxmayaraq, nəqliyyat vasitələrinin yenidən hərəkət hissəsinə çıxaraq park zonasının yaradılması vəziyyəti daha da çətinləşdirir. Yolun dar olması nəzərə alınmadan həyata keçirilən bu yanaşma sürücülər üçün manevr imkanlarını minimuma endirir və təhlükəsiz hərəkəti çətinləşdirir Böyük ölçülü nəqliyyat vasitələri üçün vəziyyət daha da pisdir. İki avtobusun eyni anda qarşılaşması zamanı yolun dar olması səbəbindən hərəkət mümkün olmur və sürücülər manevr etməkdə çətinlik çəkir. Bu isə qəza riskini artırır Foto və videodan da görünür ki, parkinq sisteminin tətbiqi zamanı yol infrastrukturu nəzərə alınmayıb və nəticədə həm ictimai nəqliyyatın, həm də şəxsi avtomobillərin hərəkəti çətinləşib Onu da qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini saxlamaq (dayanmaq) qəti qadağandır. Qanun bu tələbi yolun hər iki tərəfinə şamil edir. Burada məqsəd keçidə yaxınlaşan sürücü üçün piyadaların görünməsini təmin etmək və təhlükəsizliyi qorumaqdır. Bu tələbin pozulması inzibati xəta hesab edilir və sürücü qanunvericiliyə uyğun olaraq cərimə edilir 1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir Paytaxt yolları keçilməz oldu - SİYAHI Sürücülərə xəbərdarlıq Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəlinə dəyişiklik edilir - Bu tarixdən Paytaxt yollarında tıxac yarandı - Sİyahı Bakının bu yollarında tıxac var - Siyahı ABŞ və İran razılığa gəldi - Şahbaz Şərif Feysbuk və İnstaqram çökdü - Yeniləndi 1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir “Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO Azərbaycanda zəlzələ oldu AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - VİDEO

Kaynak: publika.az

Diğer Haberler