AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Latviyanın Riqa şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının plenar sessiyasında iştirak edib İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Latviyanın Riqa şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının plenar sessiyasında iştirak edib İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030-cu illər üçün Strateji və Kapital Çərçivəsi, 2023-cü il kapital artımı üzrə öhdəliklərin icrasına dair hesabat, strategiyanın icra planı, eləcə də Bankın institusional fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub. Tədbirdə AYİB-in gələcək fəaliyyət prioritetləri, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlılığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb Elnur Əliyev plenar sessiyada “Münaqişələrin təsirinə məruz qalan iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Münaqişələrin iqtisadiyyata, investisiyalara və regional əlaqələrə təsiri vurğulanıb, bərpa prosesinin yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmadığı, həmçinin iqtisadi fəallığın canlandırılması, özəl sektorun dəstəklənməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət nəzərə çatdırılıb. AYİB-in özəl investisiyaların cəlbi, idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və bağlantı layihələrinin dəstəklənməsi vasitəsilə münaqişələrdən təsirlənən iqtisadiyyatların inkişafına mühüm töhfə verə biləcəyi bildirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


