Tenqri
Ana Səhifə
Dünya

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədilə genişmiqyaslı birgə hücumlar planını yekunlaşdırıblar AZƏRTAC xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Portalın məlumatına görə, tamamlanmış hərbi planın

0 baxışazertag.az
“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb
Paylaş:

ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədilə genişmiqyaslı birgə hücumlar planını yekunlaşdırıblar AZƏRTAC xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Portalın məlumatına görə, tamamlanmış hərbi planın icrası Vaşinqtonun İranla danışıqlarda ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixə qədər təxirə salınıb ABŞ Prezidenti Donald Tramp aprelin 5-də “Axios”a verdiyi müsahibədə İranla aprelin 7-dək saziş bağlamaq ehtimalının yüksək olduğunu bildirib. Daha əvvəl isə o, İranı hədələmişdi ki, aprelin 6-na qədər Hörmüz boğazını açmazsa, enerji və mülki infrastruktur obyektlərinə zərbə endirəcək Bu arada Amerika lideri İranla potensial saziş üçün son müddəti 24 saat – ABŞ-nin Şərq sahili vaxtı ilə aprelin 7-si saat 20:00-dək (Bakı vaxtı ilə 8 aprel, saat 04:00) uzadıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb | Tenqri