“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər
Son 24 saat ərzində baş verən hadisələr Prezident Donald Trampın iradəsinə zidd olaraq ABŞ-nin yenidən Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara cəlb edilməsi riskini gündəmə gətirib AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İranla qa

Son 24 saat ərzində baş verən hadisələr Prezident Donald Trampın iradəsinə zidd olaraq ABŞ-nin yenidən Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara cəlb edilməsi riskini gündəmə gətirib AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İranla qarşıdurmadan 100 gün keçməsinə baxmayaraq, Donald Tramp müharibənin dayandırılması ilə bağlı razılaşmaya nail ola bilməyib Son sutka ərzində çətin vəziyyətə düşərək münaqişənin yenidən alovlanmasının qarşısını almağa çalışan ABŞ Prezidenti İsrailin Baş naziri Binyamin Netanyahuya xəbərdarlıq etdiyini, İranla müharibənin yenidən başlayacağı təqdirdə tək qalacaqlarını söyləyib. Dövlət başçısı, həmçinin regionun beş ölkəsinin rəhbərliyindən Netanyahuya təzyiq göstərilməsi ilə bağlı müraciətlər aldığını deyib Analitiklərin sözlərinə görə, son hadisələr iki ölkənin strateji maraqları, eləcə də Tramp və Netanyahunun siyasi məqsədləri arasında fərqlərin daha da dərinləşdiyini göstərib. ABŞ rəsmilərindən biri portala açıqlamasında Netanyahunun siyasi mövqeyini qorumaq üçün müharibəyə, Trampın isə ABŞ-də siyasi dəstəyini saxlamaq üçün münaqişənin başa çatmasına ehtiyac duyduğunu vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


