Tenqri
Ana Səhifə
Dünya

Kimin öldürüldüyü təqdirdə avtomatik nüvə zərbəsi

“The Telegraph” yazır ki, Şimali Koreya konstitusiyasına ölkənin ali lideri hücum nəticəsində öldürülərsə və ya öz vəzifələrini yerinə yetirə bilməyəcəksə, hərbi personaldan dərhal nüvə zərbəsi endirməyi tələb etmək üçün düzəliş edib Belə tədbirlərin görülməsinə səbəb ABŞ və İsrailin bu yaxınlarda

0 baxışhaqqin.az
Kimin öldürüldüyü təqdirdə avtomatik nüvə zərbəsi
Paylaş:

“The Telegraph” yazır ki, Şimali Koreya konstitusiyasına ölkənin ali lideri hücum nəticəsində öldürülərsə və ya öz vəzifələrini yerinə yetirə bilməyəcəksə, hərbi personaldan dərhal nüvə zərbəsi endirməyi tələb etmək üçün düzəliş edib Belə tədbirlərin görülməsinə səbəb ABŞ və İsrailin bu yaxınlarda İranın ali dini lideri Əli Xamenei və onun yaxın çevrəsinin öldürüldüyü əməliyyatı olub. Nüvə siyasəti haqqında qanunun 3-cü maddəsinin yeni redaksiyasına görə, komandanlıq sisteminə təhlükə yaranarsa, nüvə zərbəsi “avtomatik və dərhal” həyata keçirilməlidir. KXDR cavab zərbəsi üçün ABŞ-ı əsas hədəf hesab edir Seulun Kookmin Universitetinin Şimali Koreya üzrə eksperti Andrey Lankov hesab edir ki, Pxenyan Tehrana hücumları diqqətlə araşdırıb və onları sərt xəbərdarlıq kimi şərh edib. O qeyd edib ki, KXDR rejimi çox güman ki, İranın hərbi və siyasi rəhbərliyinə zərbələr endirilməsinin sürəti və dəqiqliyindən narahatdır Daily Mail xatırladır ki, Kim öz şəxsi təhlükəsizliyindən çox narahatdır və daim mühafizəçilərin əhatəsindədir. O, həmçinin mümkün olduqca uçmaqdan çəkinir, bunun əvəzinə ən müasir təhlükəsizlik sistemləri ilə təchiz edilmiş ağır zirehli şəxsi qatarda səyahət edir Təhlilçilər inanırlar ki, İranda istifadə edilən kəşfiyyat məlumatlarının toplanması növü məhdud CCTV şəbəkələri və ciddi nəzarət edilən yerli internet səbəbindən Şimali Koreyada təkrarlanması daha çətin olacaq

Kaynak: haqqin.az

Diğer Haberler