Tenqri
Ana Səhifə
Dünya

Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

İctimai nəqliyyatın gecikməsi və ya ümumiyyətlə gəlməməsi sərnişinlərin tez-tez üzləşdiyi problemlərdəndir. Belə hallar vaxt itkisinə, əlavə nəqliyyat xərclərinə, bəzən isə maddi və mənəvi zərərə səbəb olur. Rusiyada iki saat avtobus gözlədikdən sonra nəqliyyat şirkətini məhkəməyə verən sərnişinin i

0 baxışpublika.az
Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?
Paylaş:

İctimai nəqliyyatın gecikməsi və ya ümumiyyətlə gəlməməsi sərnişinlərin tez-tez üzləşdiyi problemlərdəndir. Belə hallar vaxt itkisinə, əlavə nəqliyyat xərclərinə, bəzən isə maddi və mənəvi zərərə səbəb olur. Rusiyada iki saat avtobus gözlədikdən sonra nəqliyyat şirkətini məhkəməyə verən sərnişinin iddiası qismən təmin edilib. O, taksiyə ödədiyi 1240 rublun, 15 min rubl məbləğində mənəvi zərərin və əlavə cərimənin qarşı tərəfdən tutulmasını tələb edib. Məhkəmənin qərarına əsasən, nəqliyyat şirkəti sərnişinə 1240 rubl taksi xərci, 3120 rubl cərimə və 5 min rubl mənəvi təzminat ödəməlidir. Bundan əlavə, şirkət 4 min rubl dövlət rüsumunu da qarşılayacaq Bu hadisə Azərbaycanda da sərnişin hüquqlarının nə dərəcədə qorunduğu məsələsini gündəmə gətirir. Maraqlıdır, ölkəmizdə ictimai nəqliyyatın gecikməsi və ya reysə çıxmaması nəticəsində zərər görən vətəndaşlar məhkəməyə müraciət edərək təzminat tələb edə bilərlər? Mövzuya ilə bağlı Publika.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu, ümumi hüquqi prinsipdir. Hüquqda belə bir qayda var ki, hər hansı şəxs və ya qurum kiməsə zərər vurursa və bunun fors-major hal və ya özündən asılı olmayan səbəbdən baş verdiyini sübut edə bilmirsə, həmin zərərin əvəzini ödəməlidir: “Sizin qeyd etdiyiniz halda da ictimai nəqliyyat qurumu sübut edə bilmirsə ki, məsələn, yolda qəza baş verib, yol bağlanıb və ya başqa fövqəladə hal yaranıb, nəticədə avtobus hərəkət edə bilməyib, o zaman sərnişinin vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ var Bu zərər həm maddi, həm də mənəvi xarakter daşıya bilər. Maddi zərərə misal olaraq, sərnişinin avtobus gəlmədiyi üçün məcbur qalıb taksidən istifadə etməsi və əlavə xərc çəkməsi göstərilə bilər. Mənəvi zərər isə hər bir halda ayrıca qiymətləndirilir. Məsələn, şəxs işə gecikə, əsəbi gərginlik keçirə və ya digər mənfi hallarla üzləşə bilər. Vətəndaş mənəvi zərərin məbləğini özü müəyyən edir, məhkəmə isə həmin tələbin əsaslı olub-olmadığını qiymətləndirərək qərar verir” Ə.Həsənovun sözlərinə görə, vətəndaş belə bir iddia qaldıra bilər, lakin əsas problem ondadır ki, praktikada insanlar bu cür hallara görə məhkəməyə müraciət etməyə həvəs göstərmirlər: “Çünki söhbət adətən böyük məbləğlərdən getmir. İddia ərizəsinin hazırlanması, məhkəmə prosesində iştirak və hüquqi müdafiənin təşkili əlavə vaxt və xərc tələb edir Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat qurumunun peşəkar hüquqşünasları və ya vəkilləri olur. Vətəndaş da öz hüquqlarını müdafiə etmək üçün vəkil tutmağa məcbur qala bilər ki, bu da əlavə xərc yaradır. Nəticədə insan düşünür ki, əldə edəcəyi kompensasiya çəkəcəyi xərclərə dəyəcəkmi? Bir sıra ölkələrdə, o cümlədən Rusiyada bu məsələ daha fərqli tənzimlənir. Qanunvericilikdə nəzərdə tutulur ki, məhkəmədə uduzan tərəf qarşı tərəfin çəkdiyi məhkəmə xərclərini də ödəməlidir. Azərbaycanda da bu prinsip mövcuddur. Lakin praktikada vəkil xərclərinin tam məbləğdə ödənilməsi hər zaman təmin olunmur Məsələn, vətəndaş vəkillə müqavilə bağlayaraq ona 1000 manat ödəyir, lakin məhkəmə həmin xərcin yalnız 300 manatını qarşı tərəfdən tutulmalı hesab edir. Bu halda vətəndaş məhkəməni udsa belə, çəkdiyi xərclərin böyük hissəsini özü ödəməli olur. Bu isə insanların öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək istəyini azaldır Dövlət və məhkəmə sistemi vətəndaşları belə iddialar qaldırmağa təşviq etmək istəyirsə, məhkəmə xərclərinin, xüsusilə də vəkil xidmətlərinə çəkilən vəsaitin tam kompensasiyası məsələsinə daha həssas yanaşmalıdır. Əgər ictimai nəqliyyat qurumu məhkəmədə uduzursa, vətəndaşın hüququnu bərpa etmək üçün onun çəkdiyi bütün əsaslı xərcləri ödəməlidir. Məncə, burada əsas problem də məhz budur” Müəllif: Gülnar Süleymanova Naxçıvanda qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri keçirildi - FOTO Sabah 33 dərəcə isti olacaq “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - VİDEO “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır! Bu məktəblərdə ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir - FOTO Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR Sabah 33 dərəcə isti olacaq Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək

Kaynak: publika.az

Diğer Haberler