Tenqri
Ana Səhifə
Dünya

Avstriyalı mütəxəssislər Möminə xatunun məqbərəsini bərpa edəcəklər - FOTO

Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan memarlığının incisi sayılan Möminə xatun məqbərəsinin bərpası və konservasiyası işləri davam etdirilir. Ölkəmizdə elan edilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu layihə tarixi irsimizin qorunub saxlanması istiqam

0 baxışcaliber.az
Avstriyalı mütəxəssislər Möminə xatunun məqbərəsini bərpa edəcəklər - FOTO
Paylaş:

Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan memarlığının incisi sayılan Möminə xatun məqbərəsinin bərpası və konservasiyası işləri davam etdirilir. Ölkəmizdə elan edilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu layihə tarixi irsimizin qorunub saxlanması istiqamətində atılan ən mühüm addımlardan biri hesab olunur AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, hazırda bərpa prosesini təmin etmək üçün məqbərənin ətrafında xüsusi metal konstruksiyaların quraşdırılmasına başlanılıb. Bu işlərin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsi üçün Avstriyanın “Tralsmauer Gerüstbau Gmbh” şirkətinin rəhbəri Mustafa Ərdoğan və şirkətin bir qrup mütəxəssisi Naxçıvana gəlib Məlumat üçün bildirək ki, bərpa və konservasiya işlərinin aparılması üçün Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə imzalanıb və ötən il şirkətin mütəxəssisləri Naxçıvana gələrək ərazidə ilkin infrastrukturun yaradılmasına başlayıblar. İlkin mərhələdə ərazinin hasarlanması işləri aparılıb, kommunikasiya xətləri çəkilib, qrunt sularının yaratdığı problemlərin öyrənilməsi üçün texniki tədqiqatlar aparılıb Qeyd edək ki, Naxçıvan şəhərindəki Möminə xatun məqbərəsinin bərpası və konservasiyasının davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat ayrılıb

Kaynak: caliber.az

Diğer Haberler