Avrozonada inflyasiya son 3 ilin maksimumuna çatıb
Avropada İstehsalçı Qiymət İndeksi (İQİ) mart ayında 3,4 faiz artaraq 2022-ci ilin avqust ayından bu yana en sürətli sıçrayışını edib AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin yaratdığı güclü maliyyə təzyiqləri Avrozonada inflyasiyaya səbəb olub Avropa Statistika Bürosunun (Eurostat) açıq

Avropada İstehsalçı Qiymət İndeksi (İQİ) mart ayında 3,4 faiz artaraq 2022-ci ilin avqust ayından bu yana en sürətli sıçrayışını edib AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin yaratdığı güclü maliyyə təzyiqləri Avrozonada inflyasiyaya səbəb olub Avropa Statistika Bürosunun (Eurostat) açıqlamasına əsasən, Avrozonada İQİ mart ayında aylıq 3,4, illik göstəriciyə görə isə 2,1 faiz artıb. Bu rəqəmlərin növbəti aylarda daha da artacağı gözlənilir Digər mümkün ssenari odur ki, tədarük zəncirindəki ilkin şoklar, xüsusən də əmək haqqına düzəlişlərdən qaynaqlanan ikinci inflyasiya effektləri yarada bilər Bu vəziyyətdə Avropa Mərkəzi Bankının (AMB) bəzi qabaqlayıcı addımlar atacağı gözlənilir. Belə ki, artıq pul bazarlarında AMB-nin iyun iclasında faiz artırma ehtimalı 70 faizə yüksəlib. Bankın ilin sonuna qədər ən azı daha iki faiz artımı edəcəyi gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


