Tenqri
Ana Səhifə
Dünya

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir. Gələcəyin Hava Döyüş Sistemi (SCAF) layihəsinin dayandırılmasından sonra, Fransanın aparıcı aviasiya şirkəti “Dassault Aviation” ilə “Airbus” arasında “Eurodrone” proqramı ətrafında da gərginlik yaranıb AZƏRTAC xəbər verir ki, Fransa höku

0 baxışazertag.az
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
Paylaş:

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir. Gələcəyin Hava Döyüş Sistemi (SCAF) layihəsinin dayandırılmasından sonra, Fransanın aparıcı aviasiya şirkəti “Dassault Aviation” ilə “Airbus” arasında “Eurodrone” proqramı ətrafında da gərginlik yaranıb AZƏRTAC xəbər verir ki, Fransa hökumətinin altı “Eurodrone” sisteminin alınmasını dayandırmaq qərarı layihə çərçivəsində iş bölgüsünün dəyişməsinə səbəb olub. Nəticədə proqram üzrə iş yükü azalan “Dassault Aviation” “Airbus”dən maliyyə kompensasiyası tələb edib Təxminən 7 milyard avro dəyərində qiymətləndirilən “Eurodrone” proqramından Fransa rəsmi olaraq çıxmasa da, hərbi proqramlaşdırma qanununa edilən dəyişikliklər layihənin gələcəyi ilə bağlı suallar yaradıb. Hökumət hesab edir ki, orta hündürlükdə və uzunmüddətli uçuş qabiliyyətinə malik müşahidə dronları yüksək intensivlikli müasir münaqişələr üçün əvvəlki qədər uyğun deyil. Bu səbəbdən 2035-ci ilə qədər nəzərdə tutulan altı sistemin alınması üçün ayrılmış vəsaitlər başqa istiqamətlərə yönəldilib Mütəxəssislərin fikrincə, bu mübahisə “Dassault” və “Airbus” arasında münasibətlərin daha da pisləşdiyini göstərir. Xatırladaq ki, Fransa və Almaniya iyunun əvvəlində yeni nəsil Avropa döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan SCAF layihəsinin dayandırıldığını təsdiqləmişdilər Bununla belə, Eurodrone layihəsi artıq inkişafın daha irəliləmiş mərhələsindədir. Buna görə də tərəflər arasında mümkün anlaşılmazlığın nəticələri SCAF layihəsində olduğundan daha ciddi müqavilə və maliyyə təsirləri yarada bilər. Mənbələrin bildirdiyinə görə, hər iki layihə formal olaraq ayrı olsa da, onların siyasi və psixoloji baxımdan bir-biri ilə əlaqəsi qalmaqdadır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler