Tenqri
Ana Səhifə
Dünya

Avropada təbii qaza tələbat artıb, ABŞ-da isə azalıb

Bu ilin aprel ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 2,8% artaraq 23 mlrd. kubmetr olub Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir Hesabata əsasən, qaza tələbatın artması əsasən Avropanı

0 baxışapa.az
Avropada təbii qaza tələbat artıb, ABŞ-da isə azalıb
Paylaş:

Bu ilin aprel ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 2,8% artaraq 23 mlrd. kubmetr olub Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir Hesabata əsasən, qaza tələbatın artması əsasən Avropanın geniş ərazilərində müşahidə olunan daha soyuq hava şəraiti fonunda əhalinin isitmə ehtiyaclarının yüksəlməsi ilə əlaqədar olub Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 1,6% azalaraq 65,5 mlrd. kubmetr səviyyəsində olub “Bu, istehsal fəaliyyətinin zəifləməsi ilə bağlı olub və iqtisadi dalğalanmaların mövsümi enerji tələbatına təsirinin getdikcə daha çox artdığını göstərir”, - hesabatda qeyd olunur Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb

Kaynak: apa.az

Diğer Haberler