Avropada təbii qaz illik müqayisədə 35% bahalaşıb
Bu ilin aprel ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 15,57 ABŞ dolları səviyyəsində olub Bu barədə “APA

Bu ilin aprel ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 15,57 ABŞ dolları səviyyəsində olub Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir Belə ki, apreldə TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 13% azalıb, illik müqayisədə isə 35% artıb Hesabatda bildirilir ki, aprel ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 15,15 dollar təşkil edib, bu da aylıq müqayisədə 14% azalma, illik müqayisədə isə 35% artım deməkdir Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb


