Tenqri
Ana Səhifə
Dünya

Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynanı dəstək məsələsini müzakirə edəcək

Ukrayna G7 sammiti ərəfəsində döyüş meydanında əldə etdiyi uğurlardan istifadə edərək ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırmağa çalışır. Bu barədə Bloomberg məlumat yayıb Məlumata görə, Ukrayna rəsmiləri son hərbi əməliyyatların nəticələrini Vaşinqtonun diqqəti

0 baxışapa.az
Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynanı dəstək məsələsini müzakirə edəcək
Paylaş:

Ukrayna G7 sammiti ərəfəsində döyüş meydanında əldə etdiyi uğurlardan istifadə edərək ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırmağa çalışır. Bu barədə Bloomberg məlumat yayıb Məlumata görə, Ukrayna rəsmiləri son hərbi əməliyyatların nəticələrini Vaşinqtonun diqqətinə çatdırmaq niyyətindədirlər. Kiyev hesab edir ki, bu uğurlar Rusiyanın təzyiq altında danışıqlara məcbur edilə biləcəyini göstərir Bloomberg-in məlumatına əsasən, Avropa liderləri də G7 sammiti çərçivəsində Donald Trampla görüşərək onu Ukrayna ilə bağlı yeni diplomatik təşəbbüsləri dəstəkləməyə çağırmağı planlaşdırırlar. Məqsəd Rusiya, Ukrayna, Avropa və ABŞ nümayəndələrinin iştirakı ilə sülh danışıqlarının başlanmasına nail olmaqdır. Bu danışıqların artıq iyul ayında keçirilə biləcəyi ehtimal olunur UNIAN yazır ki, Ukrayna rəhbərliyi hesab edir ki, hərbi sahədə əldə olunan nəticələr Kiyevin mövqelərini gücləndirir və beynəlxalq tərəfdaşların dəstəyini artırmağa kömək edə bilər Eyni zamanda, Avropa ölkələri ABŞ-ın Ukrayna məsələsində fəal iştirakının vacibliyini vurğulayırlar. Mənbələrin sözlərinə görə, Donald Trampın bu prosesə münasibəti gələcək sülh təşəbbüslərinin taleyində həlledici rol oynaya bilər Qeyd olunur ki, G7 sammiti çərçivəsində Ukraynaya hərbi və maliyyə dəstəyi, Rusiyaya qarşı sanksiyalar və mümkün sülh danışıqları əsas müzakirə mövzuları sırasında olacaq

Kaynak: apa.az

Diğer Haberler