Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığına təhdid yaratdığı əsas gətirilərək iki İran vətəndaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir bölməsinə qarşı sanksiyalar tətbiq edib Modern.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) yaydığı məlumatda

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığına təhdid yaratdığı əsas gətirilərək iki İran vətəndaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir bölməsinə qarşı sanksiyalar tətbiq edib Modern.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) yaydığı məlumatda bildirilib Sanksiyalar siyahısına SEPAH-ın Hörmüzgan əyalətindəki Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, eləcə də Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib Məlumata görə, Məhəmməd Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini vəzifəsində çalışır. Həmid Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir Aİ rəsmiləri qeyd ediblər ki, sanksiyalar Hörmüz boğazında beynəlxalq gəmiçilik təhlükəsizliyinin qorunması və dəniz nəqliyyatının maneəsiz fəaliyyətinin təmin olunması məqsədi daşıyır


