Tenqri
Ana Səhifə
Dünya

Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Ermənistanın silahlı qüvvələrinə dəstək məqsədilə 30 milyon avro məbləğində vəsait ayırıb. Bu yardım öldürücü silahları əhatə etmir Modern.az xəbər verir ki, bu barədə 5 may tarixində İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammitinin yekunl

0 baxışmodern.az
Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı
Paylaş:

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Ermənistanın silahlı qüvvələrinə dəstək məqsədilə 30 milyon avro məbləğində vəsait ayırıb. Bu yardım öldürücü silahları əhatə etmir Modern.az xəbər verir ki, bu barədə 5 may tarixində İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammitinin yekunlarına dair birgə bəyanatda bildirilib Sənəddə qeyd olunur ki, Ermənistana ayrılan yardım iki mərhələdə həyata keçiriləcək və ölkənin dayanıqlığının gücləndirilməsinə, eləcə də silahlı qüvvələrinin gələcəkdə beynəlxalq missiya və əməliyyatlarda, o cümlədən Aİ rəhbərliyi altında həyata keçirilən fəaliyyətlərdə iştirak imkanlarının artırılmasına xidmət edəcək Xatırladaq ki, 2024-cü il iyulun 23-də Avropa İttifaqı ilk dəfə olaraq Avropa Sülh Fondu vasitəsilə Ermənistana 10 milyon avro məbləğində yardım ayırıb. Daha sonra 2026-cı il yanvarın 30-da əlavə 20 milyon avro ayrılması qərara alınıb Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 23-də bildirib ki, İrəvan Avropa İttifaqına Avropa Sülh Fondu çərçivəsində üçüncü maliyyə dəstəyi paketi üçün müraciət edib Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə Aİ-nin müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatları maliyyələşdirmək məqsədilə yaradılıb. Lakin Ukraynada münaqişə başladıqdan sonra fond Aİ ölkələrinin Ukrayna ordusuna silah tədarükü ilə bağlı xərclərinin kompensasiyası üçün də istifadə olunmağa başlanıb

Kaynak: modern.az

Diğer Haberler