Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir 525.az xəbər verir ki, bu gün Azərbaycanın 6 qadın güləşçisi xalça üzərinə çıxıb Xədicə Qurbanzadə almaniyalı Mədinə Bayramovaya 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, finalda ukraynalı Olena Kolubaya 0:10 hesabı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir 525.az xəbər verir ki, bu gün Azərbaycanın 6 qadın güləşçisi xalça üzərinə çıxıb Xədicə Qurbanzadə almaniyalı Mədinə Bayramovaya 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla məğlub olub və gümüş medal qazanıb Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkaya 0:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovoza 0:10 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub Simurə Abdullayeva bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub

.jpg&w=2048&q=70)
