Avrasiya İqtisadi İttifaqı Ermənistanın üzvlüyünün dayandırılmasını araşdıracaq
Avrasiya İqtisadi İttifaqı (Aİİ) dekabr ayına qədər Ermənistanın üzvlüyünün dayandırılmasının mümkün hüquqi mexanizmlərini araşdıracaq AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, mövcud Aİİ müqaviləsi üzvlüyün dayandırılması və ya it

Avrasiya İqtisadi İttifaqı (Aİİ) dekabr ayına qədər Ermənistanın üzvlüyünün dayandırılmasının mümkün hüquqi mexanizmlərini araşdıracaq AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, mövcud Aİİ müqaviləsi üzvlüyün dayandırılması və ya ittifaq üzvlərinin xaric edilməsi prosedurunu nəzərdə tutmur “İndi dayandırılma prosesinin mexanizmlərini araşdıracağıq. Həqiqət budur ki, Aİİ müqaviləsi üzvlüyün dayandırılmasını və ya üzvlərin xaric edilməsi prosesini nəzərdə tutmur. Buna görə də bütün bunlar dekabr ayına qədər hüquqi baxımdan diqqətlə araşdırılmalıdır”, - deyə o bildirib Overçuk qeyd edib ki, digər məsələlərlə yanaşı, sonrakı qərarlar Ermənistanın daxili siyasi kursundan asılı olacaq: əgər İrəvan Avropa İttifaqına doğru irəliləməyə davam edərsə, Rusiya Aİİ daxilində dəstək tədbirlərini və ikitərəfli müqavilələri yenidən nəzərdən keçirə bilər “Gələcəyini Avropa İttifaqında görən bir ölkəyə maliyyə dəstəyi verə bilmərik”, - deyə Rusiya Baş nazirinin müavini bildirib. O, Rusiyanın hələ də Aİİ çərçivəsində Ermənistana qarşı öhdəliklərini qoruduğunu bildirib, amma qeyd edib ki, İrəvanın xarici siyasəti dəyişərsə, bu məsələyə yenidən baxıla bilər Overçukun sözlərinə görə, Moskva Ermənistana qarşı mümkün iqtisadi tədbirləri müntəzəm olaraq təhlil edir; diqqət Rusiya bazarının qorunmasına və müəyyən edilmiş qaydalara riayət olunmasına yönəlib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


