Tenqri
Ana Səhifə
Dünya

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

İyunun 18-də Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq Federasiyadan AZƏRTAC-a bildirilib ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı”

0 baxışazertag.az
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
Paylaş:

İyunun 18-də Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq Federasiyadan AZƏRTAC-a bildirilib ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq Birincilikdə paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçiriləcək. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar. Bütün növlərdə məsafə 500 metr olacaq Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler