Tenqri
Ana Səhifə
Dünya

ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müxtəlif ali təhsil müəssisələri ilə daim sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi sahəsində gənc mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların hazırlanması istiqamətində öz fəaliyyətini davam etdirir Bu barədə 525.az-a AQTİ-dən məlumat veri

0 baxış525.az
ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə
Paylaş:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müxtəlif ali təhsil müəssisələri ilə daim sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi sahəsində gənc mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların hazırlanması istiqamətində öz fəaliyyətini davam etdirir Bu barədə 525.az-a AQTİ-dən məlumat verilib Bildirilib ki, institut ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında imzalanmış memorandum çərçivəsində ATU-nun İctimai səhiyyə fakültəsinin üçüncü və beşinci kurs tələbələri müəyyən olunmuş vaxtlarda AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda “Qida məhsullarının sanitariya-gigiyena ekspertizası” mövzusunda praktik məşğələ dərsləri keçirlər Bildirilib ki, tələbələrə AQTİ-nin fəaliyyəti, ölkəmizdə qida təhlükəsizliyi istiqamətində görülən işlər haqqında geniş məlumat verilir, mövzulara uyğun olaraq laboratoriyada mütəxəssislər tərəfindən müxtəlif müayinələr nümayiş etdirilir, tələbələrin praktik məşğələlərdə iştirakına şərait yaradılır ki, bu, əldə edilən nəzəri və təcrübi biliklərin daha da möhkəmlənməsinə imkan verir Təcrübə proqramında müasir beynəlxalq metod və cihazlarla tanış olan tələbələrə yaradılan şərait və dərslərin əyani, sual-cavab və müzakirə formatında keçirilməsi onların dərslərə olan marağını daha da artırır

Kaynak: 525.az

Diğer Haberler