Edin Terziçin "Atletik Bilbao"dakı dövrü
İspaniya La Liqa komandalarından olan "Atletik Bilbao" alman məşqçi Edin Terziçi texniki direktor təyin etdiyini rəsmən açıqlayıb Klub məşqçi axtarışlarını yekunlaşdırdığını və 43 yaşlı Edin Terziçlə anlaşdığını açıqlayıb. Beləliklə, Bilbaoda yeni dövr başladı Məşqçilik karyerasına Borussia Dortm

İspaniya La Liqa komandalarından olan "Atletik Bilbao" alman məşqçi Edin Terziçi texniki direktor təyin etdiyini rəsmən açıqlayıb Klub məşqçi axtarışlarını yekunlaşdırdığını və 43 yaşlı Edin Terziçlə anlaşdığını açıqlayıb. Beləliklə, Bilbaoda yeni dövr başladı Məşqçilik karyerasına Borussia Dortmund infrastrukturunda başlayan Terziç, "Beşiktaş" və "Vest Hem Yunayted"də köməkçi məşqçi vəzifəsində çalışıb. Alman məşqçi daha sonra Dortmunda qayıdıb və burada həm məşqçi köməkçisi, həm də texniki direktor vəzifələrində çalışıb Terziç "Borussiya Dortmund"la Almaniya kubokunu və Almaniya Superkubokunu qazanaraq karyerasında iki mühüm uğura imza atıb. Mövsümün son həftəsində Bundesliqa çempionluğunu “Bavariya”ya uduzan gənc çalışdırıcı 2024-cü ildə Çempionlar Liqasının finalına yüksəlsə də, “Real Madrid”ə 2:0 hesabı ilə uduzub Dortmund "Borussiya"sındakı işindən bir müddət əvvəl ayrılan Edin Terziç "Atletik Bilbao" ilə müqavilə imzalayaraq karyerasında yeni səhifə açıb


