"Atəşkəsin alternativi müharibəyə qayıtmaqdır və heç kim bundan keçmək istəmir."
Xarici işlər naziri Hakan Fidan Qətər mərkəzli Əl-Cəzirə kanalına müsahibəsində gündəmin aktual mövzularını dəyərləndirib. Xüsusilə ABŞ və İran arasındakı danışıqlar prosesinə diqqət çəkən Fidan mövcud vəziyyətin həssaslığına diqqət çəkib Nazir Fidan iki ölkə arasında aparılan danışıqlarda ən aktu

Xarici işlər naziri Hakan Fidan Qətər mərkəzli Əl-Cəzirə kanalına müsahibəsində gündəmin aktual mövzularını dəyərləndirib. Xüsusilə ABŞ və İran arasındakı danışıqlar prosesinə diqqət çəkən Fidan mövcud vəziyyətin həssaslığına diqqət çəkib Nazir Fidan iki ölkə arasında aparılan danışıqlarda ən aktual prioritetin atəşkəs rejiminin saxlanması olduğunu bildirib və aşağıdakı açıqlamaları verib: "Atəşkəsin alternativi müharibəyə qayıtmaqdır və heç kim bu ssenarini bir daha yaşamaq istəmir. Çünki hazırda bütün dünya iqtisadiyyatı və enerji təhlükəsizliyi bu müharibədən zərər görür". Danışıqlar prosesinin öz xarakterinə görə enişli-yoxuşlu şəkildə irəlilədiyini qeyd edən Fidan son zamanlar tərəflər arasında yaranan fikir ayrılıqlarının da bu prosesin təbii hissəsi olduğunu və danışıqların davam etdiriləcəyini vurğulayıb ABŞ-ın İrandan gələn təklifi rədd etsə də, qapıların tam bağlanmadığına diqqət çəkən Fidan, hər zaman “yeni və məqbul” ifadələrin tapıla biləcəyini bildirib. Danışıqlar əngəlləndiyi zaman kənardan etibarlı tərəfdaşlara ehtiyac olduğunu izah edən nazir Fidan Türkiyənin bu nöqtədə bölgə ölkələri ilə birlikdə üzərinə götürdüyü konstruktiv rola diqqət çəkib Türkiyənin 2010-cu ildən bəri vasitəçilik proseslərində fəal olduğunu xatırladan Fidan Pakistanın həyata keçirdiyi işləri dəstəklədiklərini bildirib. Bölgədəki diplomatik trafiklə bağlı məlumat verən Fidan bunları deyib: "Türkiyənin rolu, Qətər də daxil olmaqla, region ölkələri ilə birlikdə vasitəçilik etmək üçün əlindən gələni edən Pakistana mümkün qədər kömək etməkdir" deyən Fidan, iki tərəflə və öz aralarında ünsiyyəti davam etdirdiklərini bildirib Nazir Fidan bildirib ki, region ölkələri arasında mənalı kommunikasiya prosesləri gedir; O əlavə edib ki, Misir və İordaniya da daxil olmaqla, bütün aktyorlar prosesin sağlam şəkildə davam etməsini təmin etmək üçün intensiv məsləhətləşmələr aparır


