Astronomlar iki ulduzun ətrafında fırlanan 27 potensial planet aşkar ediblər
Astronomlar, Ulduz Döyüşləri filmindəki Luke Skywalkerin dünyası Tatooine kimi iki ulduzun ətrafında fırlanan 27 yeni potensial planet kəşf etdilər “Ulduz Döyüşləri Günü” kimi tanınan mayın 4-də dərc edilən araşdırmaya görə, elm adamları bir-birinin orbitində fırlanan və tutulma yaradan ulduzlar a

Astronomlar, Ulduz Döyüşləri filmindəki Luke Skywalkerin dünyası Tatooine kimi iki ulduzun ətrafında fırlanan 27 yeni potensial planet kəşf etdilər “Ulduz Döyüşləri Günü” kimi tanınan mayın 4-də dərc edilən araşdırmaya görə, elm adamları bir-birinin orbitində fırlanan və tutulma yaradan ulduzlar arasındakı salınımları araşdırmaq üçün “absidal irəliləmə” adlı üsuldan istifadə ediblər Tədqiqatçılar Transiting Exoplanet Survey Satellite (TESS) məlumatlarından istifadə edərək, iki günəşə malik olduqları üçün Ulduz Döyüşləri filmindəki Luke Skywalkerin dünyası olan "Tatooine" ilə müqayisə edilən 27 potensial planet aşkar etdilər Yerdən təqribən 650 ilə 18 min işıq ili uzaqlıqda olan bu planetlərin ölçülərinin Neptun və Yupiterdən 10 dəfə böyük ola biləcəyi müəyyən edilib Araşdırmanın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub


