Tenqri
Ana Səhifə
Dünya

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə Şirvan Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Astara Rayon İcra Hakimiyyətin

0 baxışazertag.az
Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib
Paylaş:

15 İyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə Şirvan Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Astara Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlar üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib Bildirilib ki, sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir Aksiyada 20 vətəndaşın müraciətinə baxılıb, onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler