Astanalı müəllim 13,5 tonluq avtobusu çəkərək dünya rekordu vurub
Bişkek, 25.05.26/Xəbər. Astanada 55 yaşlı müəllim Aygül Yerjanova 13,5 tonluq avtobusu 14 metr sürükləyərək dünya rekordu yaradıb. Bu barədə Kazinform məlumat yayıb Məlumata görə, müəllim Astanada 50 saylı məktəbdə çalışır. Keçən il Aygül Yerjanova ümumi çəkisi 8 ton olan iki pikapı 57 metrə qədər

Bişkek, 25.05.26/Xəbər. Astanada 55 yaşlı müəllim Aygül Yerjanova 13,5 tonluq avtobusu 14 metr sürükləyərək dünya rekordu yaradıb. Bu barədə Kazinform məlumat yayıb Məlumata görə, müəllim Astanada 50 saylı məktəbdə çalışır. Keçən il Aygül Yerjanova ümumi çəkisi 8 ton olan iki pikapı 57 metrə qədər sürüyərək rekorda imza atmışdı. Bu dəfə o, əvvəlki nailiyyətini təzələyərək daha ağır - 13,5 tonluq avtobus seçib “Global Best of Records” təşkilatının Asiya və Afrika üzrə nümayəndəsi Kuandyk Kudabergenov bildirib ki, dünyada oxşar rekordlar qeydə alınıb, lakin 50 yaşdan yuxarı qadınlar arasında ilk dəfədir ki, belə bir cəhd edilir Onun məlumatına görə, ekstremal kateqoriyada rekord kimi qeydə alınmaq üçün ən azı 10 metr məsafə kifayətdir. Aygül Yerjanova avtobusu 14 metrə qədər sürükləyərək tələbi tam yerinə yetirib

