Azərbaycan prezidentinin köməkçisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
BAKI, Azərbaycan, 14 iyun. İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında s

BAKI, Azərbaycan, 14 iyun. İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülh və sabitliyin təşviqinə yönəlmiş səylər kontekstində davamlı ikitərəfli dialoqun əhəmiyyəti vurğulanıb Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparıblar Armen Qriqoryan və Hikmət Hacıyev növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyən işçi səviyyəli əlaqələri davam etdirmək qərarına gəliblər


