Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Asiya-Sakit okean regionunun əsas fond indeksləri ticarət sessiyasını yüksəlişlə başa vurub “APA-Economics” xəbər verir ki, ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair xəbərlər və Hörmüz boğazında vəziyyətin normallaşacağına dair gözləntilər investorların risk iştahını artırıb. Bu fonda reg

Asiya-Sakit okean regionunun əsas fond indeksləri ticarət sessiyasını yüksəlişlə başa vurub “APA-Economics” xəbər verir ki, ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair xəbərlər və Hörmüz boğazında vəziyyətin normallaşacağına dair gözləntilər investorların risk iştahını artırıb. Bu fonda region bazarlarında alışlar güclənib Yaponiyanın Nikkei 225 indeksi 5,41% və ya 3 573,59 bənd artaraq 69 593,63 bəndə yüksəlib. Ölkənin digər əsas göstəricisi olan “TOPIX” indeksi isə 3,62% bahalaşaraq 4 022,34 bəndə çatıb Honkonqun Hang Seng indeksi 0,74% artaraq 24 900,23 bənd, Çinin CSI 300 indeksi 1,48% yüksələrək 4 847,98 bənd təşkil edib. Avstraliyanın S&P/ASX 200 indeksi də 1,36% bahalaşaraq 8 923,40 bənd səviyyəsində qərarlaşıb Region üzrə geniş bazarı əhatə edən “MSCI AC Asia Pacific” indeksi 2,75% artaraq 271,67 bənd olub


