ABŞ ordusu 500 min dollarlıq raketlə Boy Scouts şarını vurub
2023-cü ilin fevralında ABŞ Hərbi Hava Qüvvələri təxminən 500.000 dollar dəyərində naməlum uçan obyekti raketlə vurdu. Daha sonra bunun Boy Scouts tərəfindən buraxılan bir şar olduğu məlum oldu Bu barədə “New York Post” Pentaqonun Anomaliya Tədqiqatları İdarəsinin keçmiş direktoru Şon Kirkpatrikə i

2023-cü ilin fevralında ABŞ Hərbi Hava Qüvvələri təxminən 500.000 dollar dəyərində naməlum uçan obyekti raketlə vurdu. Daha sonra bunun Boy Scouts tərəfindən buraxılan bir şar olduğu məlum oldu Bu barədə “New York Post” Pentaqonun Anomaliya Tədqiqatları İdarəsinin keçmiş direktoru Şon Kirkpatrikə istinadən məlumat yayıb Nəşrin məlumatına görə, insident Cənubi Karolina sahillərində Çinə məxsus şarın vurulmasından təxminən bir həftə sonra baş verib. Bu vəziyyətdən sonra Amerika hərbi qüvvələri hava məkanında müşahidə edilən naməlum obyektlərə daha sərt reaksiya verməyə başladı Məlumata görə, Boyskautlar şarı araşdırma layihəsi çərçivəsində havaya buraxıblar. Onu məhv etmək üçün qiyməti təxminən 500 min dollar olan AIM-9 Sidewinder raketindən istifadə edilib Sonradan müəyyən edildiyi kimi, vurulan obyekt heç bir təhlükə yaratmayıb


