ABŞ və İran arasında kompromis pozula bilər
ABŞ və İran arasında dörd həftə əvvəl təsdiqlənmiş kompromis pozula bilər. Prezident Donald Tramp Hörmüz boğazında ilişib qalan 2000-ə yaxın gəmi və 20000 ekipaj üzvünə kömək etmək üçün bölgəyə minlərlə əsgər və döyüş təyyarəsi göndərib. Son məlumata görə, onlar İranın 6 katerini, raketlərini və pil

ABŞ və İran arasında dörd həftə əvvəl təsdiqlənmiş kompromis pozula bilər. Prezident Donald Tramp Hörmüz boğazında ilişib qalan 2000-ə yaxın gəmi və 20000 ekipaj üzvünə kömək etmək üçün bölgəyə minlərlə əsgər və döyüş təyyarəsi göndərib. Son məlumata görə, onlar İranın 6 katerini, raketlərini və pilotsuz təyyarəsini məhv ediblər. ABŞ Hörmüzdən iki Amerika ticarət gəmisinin keçdiyini bildirdi. İran bu məlumatları təkzib edir Tehran ABŞ-İsrail hücumuna cavab olaraq fevralın 28-də Hörmüzü bağlayıb. Dünyadakı neft və qazın, gübrələrin və digər xammalın 20 faizinin keçdiyi boğazın bağlanması həm İrana, həm də dünya iqtisadiyyatına böyük təsir göstərir Coşua Landis, Oklahoma Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru: İran Amerikadan qisas almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə neft hasilatı bölgəsinə raket və pilotsuz təyyarələrlə hücum edib. Hücum nəticəsində enerji obyekti alovlanıb. Fars körfəzində bir neçə ticarət gəmisi atəşə tutulub və partlayıb. Bu hadisələrdən sonra Əmirliklər İrana xəbərdarlıq edib ki, onun qisas almaq hüququ var


