Arıqlamaq üçün istifadə edilən bu dərmanlar təhlükə yaradır - Həkimdən xəbərdarlıq
Son vaxtlar arıqlama dərmanları ideal bədən quruluşuna can atan insanlar arasında sürətlə populyarlaşsa da, onların həkim nəzarəti olmadan istifadəsi mədə-bağırsaq sisteminə ciddi zərər vura bilər Publika.az xəbər verir ki, bu barədə həkim Dmitri Karpenko "NEWS.ru"ya açıqlamasında bildirib Onun sö

Son vaxtlar arıqlama dərmanları ideal bədən quruluşuna can atan insanlar arasında sürətlə populyarlaşsa da, onların həkim nəzarəti olmadan istifadəsi mədə-bağırsaq sisteminə ciddi zərər vura bilər Publika.az xəbər verir ki, bu barədə həkim Dmitri Karpenko "NEWS.ru"ya açıqlamasında bildirib Onun sözlərinə görə, semaqlutid (şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan dərman maddəsi - red.) əsaslı preparatlar və bu qrupa daxil olan digər vasitələr əvvəlcə şəkərli diabet xəstələrinin müalicəsində geniş tətbiq olunurdu. Hazırda isə onlar piylənmənin müalicəsində də aktiv şəkildə istifadə edilir "Hazırda bu preparatlar getdikcə daha çox həkim təyinatı olmadan alınır. Bu isə yolverilməz və potensial təhlükəli haldır", - deyə mütəxəssis vurğulayıb Həkim qeyd edib ki, bəzi insanlar mədə və ya bağırsaqlarda gizli iltihabi xəstəliklərin mövcudluğundan xəbərsiz olur. Belə hallarda preparatların həzm sisteminin fəaliyyətini ləngitməsi xəstəliyin kəskinləşməsinə səbəb ola bilər Karpenkonun sözlərinə görə, bu dərmanlardan istifadə edənlərdə ən çox qəbizlik, qarında ağırlıq hissi və ürəkbulanma müşahidə olunur Mütəxəssis xoşagəlməz əlamətləri azaltmaq üçün gün ərzində az-az və tez-tez qidalanmağı, həmçinin rasiona diqqət yetirməyi tövsiyə edib. O bildirib ki, əsas məqsəd çəkinin azalması və qəbul edilən qida miqdarının nəzarətdə saxlanılmasıdır Həkim əlavə edib ki, sadalanan əlamətlər aradan qalxmırsa, mütləq həkimə müraciət etmək lazımdır Xərçəngin qarşısını erkən alacaq böyük addım: mRNA vaksini lisenziya aldı Həkimdən xəbərdarlıq: Günəş yanığında bunu etmək təhlükəli ola bilər Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq Alimlər qocalmanın sirrini açdı: Yeni müalicə üsulları gəlir İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm Bu xəstəliklərin müalicəsi məcburidir - Cərimələnə bilərsiniz Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Nərmin Əhmədovaya yüksək vəzifə verildi Əli Əsədov qərar imzaladı Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır Sabah 33 dərəcə isti olacaq Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
