Tenqri
Ana Səhifə
Dünya

Ermənilər Rusiya hərbi bazasını günahlandırıblar

Ermənistanın “Məlumatlı Vətəndaşlar İttifaqı” və “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” ictimai təşkilatları Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının Ermənistanın daxili işlərinə müdaxilə etdiyini bəyan ediblər Təşkilatların bəyanatında deyilir ki, baza komandirinin dini hərbçilə

0 baxışhaqqin.az
Ermənilər Rusiya hərbi bazasını günahlandırıblar
Paylaş:

Ermənistanın “Məlumatlı Vətəndaşlar İttifaqı” və “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” ictimai təşkilatları Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının Ermənistanın daxili işlərinə müdaxilə etdiyini bəyan ediblər Təşkilatların bəyanatında deyilir ki, baza komandirinin dini hərbçilərlə iş üzrə köməkçisi vəzifəsini tutan Rus Pravoslav Kilsəsinin keşişi Ter-Timofey Kazaryan, demək olar ki, hər gün erməni dövlətçiliyinə qarşı açıq təbliğat aparır QHT-nin məlumatına görə, o, bazanın ərazisində yerləşən Müqəddəs Aleksandra pravoslav kilsəsində, həmçinin bəzən Arxangel Mikail kilsəsində fəaliyyət göstərir Təşkilatlar həmçinin 102-ci bazadan Ermənistandakı seçki proseslərinə təzyiq göstərmək üçün istifadə olunduğunu iddia edirlər. Onların fikrincə, bazada işləyən Ermənistan vətəndaşları işdən çıxarılma təhlükəsi altında konkret siyasi qüvvəyə səs verməyə məcburdurlar. Bundan əlavə, onlardan bu təzyiqi ailə üzvlərinə, qohumlarına və tanışlarına da şamil etmək tələb olunur Bəyanat müəllifləri hesab edirlər ki, Rusiya bazasının komandanlığının hərəkətlərində Ermənistan qanunvericiliyinin pozulması əlamətləri ola bilər və səlahiyyətli orqanlar tərəfindən araşdırma obyekti olmalıdır

Kaynak: haqqin.az

Diğer Haberler