Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın partiyası qalib gəlib
Ermənistanda keçirilən parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası üstün olub. Onu seçicilərin 50 faizindən çoxu dəstəkləyib. Beləliklə, partiya 105 deputat mandatından 64-nü alacaq. Nikol Paşinyan bunu tarixi qələbə adlandırıb. İkinci yeri müxalifətin

Ermənistanda keçirilən parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası üstün olub. Onu seçicilərin 50 faizindən çoxu dəstəkləyib. Beləliklə, partiya 105 deputat mandatından 64-nü alacaq. Nikol Paşinyan bunu tarixi qələbə adlandırıb. İkinci yeri müxalifətin “Güclü Ermənistan” alyansı, üçüncü yeri isə “Ermənistan” bloku tutub. Siyasi kampaniyada ümumilikdə 18 siyasi qüvvə iştirak edib. 1,4 milyon insan səs verib. Ekspertlərin fikrincə, bu seçki Ermənistanın gələcək illər üçün siyasi istiqamətini müəyyən edəcək. Paşinyan seçkilərdən sonra diqqətini yeni konstitusiyanın qəbuluna yönəldəcəyini açıqlayıb. Bundan əlavə, Ermənistanın baş naziri Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bildirib Nikol Paşinyan, Ermənistanın baş naziri:


