Ermənistana “təcili olaraq” 50 milyon pul ayrılır
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistana 50 milyon avrodan artıq təcili yardım paketinin hazırlandığını açıqlayıb. O, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danış

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistana 50 milyon avrodan artıq təcili yardım paketinin hazırlandığını açıqlayıb. O, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib "Bu gün mən baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətlər barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə Moskva iqtisadi əlaqələrdən siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir. Biz bu taktikanı çox yaxşı bilirik. Buna görə də Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Ona görə də Avropa İttifaqından daha çox maliyyə dəstəyi paketi hazırlayırıq. Bir sıra erməni mallarının, xüsusən də aqrar-ərzaq sektorunun məhsullarının ticarətini sadələşdirmək üçün 50 milyon avro da nəzərdə tutulub” Von der Leyen əlavə edib ki, Aİ İrəvanda keçirilən son sammitdə əldə olunmuş razılaşmalar çərçivəsində Avropa və Ermənistan biznesləri arasında əlaqələri gücləndirməyə davam edəcək Onun sözlərinə görə, bu təşəbbüslərin daha da irəliləyişi iyunun 23-də keçiriləcək bağlantı üzrə platformanın nazirlər görüşündə müzakirə olunacaq "Bütün bu sahələrdə effektiv koordinasiyanı təmin etmək üçün biz Aİ-Ermənistan birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik. Bu qurum bütün bu təşəbbüslərin həyata keçirilməsinə, eləcə də gələcəkdə görüləcək tədbirlərə nəzarət edəcək", - o əlavə edib


