Tenqri
Ana Səhifə
Siyasət

Erməni diasporu Azərbaycana qarşı qətnamələrin qəbuluna təsir edir - Millət vəkili

BAKI, Azərbaycan, 12 may. Azərbaycan əleyhinə qəbul edilən qətnamələrdə erməni diasporunun təsiri var. Trend -in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin təşkil etdiyi "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin təminatıdır" mövzusunda keçirilən dəyirmi masada deputat Fariz İs

0 baxıştrend.az
Erməni diasporu Azərbaycana qarşı qətnamələrin qəbuluna təsir edir - Millət vəkili
Paylaş:

BAKI, Azərbaycan, 12 may. Azərbaycan əleyhinə qəbul edilən qətnamələrdə erməni diasporunun təsiri var. Trend -in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin təşkil etdiyi "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin təminatıdır" mövzusunda keçirilən dəyirmi masada deputat Fariz İsmayılzadə deyib O qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, öz ərazilərini tam bərpa edib, on minlərlə insanı öz torpaqlarına qaytarıb, orada infrastruktur işləri aparıb, yaşayış məntəqələri salıb, abad şəhər və kəndlər salıb, eyni zamanda, həmin zonaların sosial-iqtisadi həyatını bərpa edib Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və atdığı əməli addımlar nəticəsində yerlərdə - şəhərlərdə, məhəllələrdə, kəndlərdə əmin-amanlığın bərqərar olması, orada həyatın bərpası, infrastrukturun bərpası, yeni nəqliyyat qovşaqlarının inkişafı, həmin zonaların bütövlükdə mənəvi-sosial dirçəlişi diqqətəlayiqdir "Hazırda Ermənistanda yeni siyasi baxışın formalaşması prosesi gedir və bu istiqamətdə müxtəlif yanaşmalar müşahidə olunur. İndiki hakimiyyət ölkəni qonşuları ilə münasibətləri normallaşdıran, sülh gündəminə uyğun siyasət yürüdən dövlət kimi təqdim etməyə çalışır. Lakin bu prosesə başqa mövqedən yanaşan siyasi qüvvələr də var və onlar müxtəlif səviyyələrdə bu istiqamətə təsir göstərməyə çalışırlar Eyni zamanda bu müzakirələrdə və ümumi siyasi diskursda erməni diasporunun da müəyyən rolu var. Son zamanlar bu prosesə paralel olaraq bəzi Avropa ölkələrində qəbul edilmiş qətnamələr də gündəmə gəlib və burada müxtəlif siyasi təsirlər, o cümlədən erməni diasporunun birbaşa təsiri müşahidə olunur Qafqazın coğrafiyası həm zəngin enerji, həm də mineral ehtiyatlar baxımından böyük strateji əhəmiyyətə malikdir. Bu səbəbdən də müxtəlif aktorlar regionda nəqliyyat-kommunikasiya xətləri və iqtisadi marşrutlar üzərində öz təsirlərini saxlamağa çalışırlar. Bu kontekstdə Zəngəzur dəhlizi və ümumilikdə regionda tranzit layihələri xüsusi əhəmiyyət kəsb edir Bu proseslər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Ölkə beynəlxalq münaqişələr və qlobal qeyri-sabitlik şəraitində sabitliyi qoruyan, özünə güvənən, milli maraqlara əsaslanan xarici siyasət yürüdən dövlət kimi çıxış edir. Eyni zamanda, Azərbaycan yeni təşəbbüslər, xüsusilə yaşıl enerji, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq layihələri ilə bağlı mühüm ideyalar irəli sürür. Dünyada ümumi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan öz mövqeyini sabit və etibarlı şəkildə qoruyur, strateji layihələrdə fəal iştirak edir”, - deyə deputat əlavə edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler