Ermənistan-Aİ Sammiti bəyannaməsi Bakı-İrəvan sülh səylərini, regional normallaşmanı dəstəkləyir
BAKI, Azərbaycan, 5 may. Avropa İttifaqı və Ermənistan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, o cümlədən sülh müqaviləsinin imzalanması və ratifikasiyası istiqamətində səyləri qətiyyətlə dəstəkləyiblər Dəstək Yerevanda keçirilən birinci Ermənistan-Aİ Sammitinin yekunları üzrə qə

BAKI, Azərbaycan, 5 may. Avropa İttifaqı və Ermənistan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, o cümlədən sülh müqaviləsinin imzalanması və ratifikasiyası istiqamətində səyləri qətiyyətlə dəstəkləyiblər Dəstək Yerevanda keçirilən birinci Ermənistan-Aİ Sammitinin yekunları üzrə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub “Biz Ermənistan və Azərbaycan arasında sülhün daha da institusionallaşdırılması, sülh müqaviləsinin imzalanması və ratifikasiyasını təmin etmək səylərini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir Bəyannamədə həmçinin 8 avqust 2025-ci il Vaşinqton Sammitinin nəticələri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan sonrakı addımlar alqışlanıb Bundan əlavə, Aİ Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına, eləcə də regional kommunikasiyaların inklüziv şəkildə yenidən açılmasına tam dəstəyini bir daha bəyan edib Sənəddə vurğulanır ki, bu proseslər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, regionda davamlı sülh və sabitlik üçün daha geniş təkan gücləndirməlidir
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
